Maşınları səkini zəbt edəcək şəkildə park edən sürücülər - VİDEO

Bakıda məhəllələrdə və səkilərdə avtomobillərin park edilməsi ilə bağlı narazılıqlar tez-tez gündəmə gəlir.
Avtosfer.az xəbər verir ki, belə hallardan biri paytaxtın Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yaşanıb. Redaksiyamıza daxil olan şikayətdə bildirilib ki, sürücülər avtomobillərini səkidə qarşı-qarşıya saxlayaraq piyadaların hərəkətinə tam mane olublar.
Sürücülər isə polislərin bu cür park etməyə görə onlara haqsız cərimələr yazdığını deyirlər. Lakin videodan da göründüyü kimi, avtomobillər səkidə səliqəsiz şəkildə saxlanılıb. Əgər avtomobillər düzgün və məsafə saxlanılaraq park edilsəydi, piyadalar oradan rahat keçə bilərdi.
Ərazidə “Range Rover” markalı 77-XG-010, “Hyundai” markalı 77-GM-336, “Chevrolet” markalı 99-UR-308, “Mercedes” markalı 99-VK-345 və “Mercedes” markalı 10-UP-030 dövlət nömrə nişanlı avtomobillərin səkidə park etdikləri müşahidə olunub.
Bu cür hallar şəhərdə nəqliyyat mədəniyyətinin zəif olduğunu göstərir və xüsusilə piyadalar üçün ciddi narahatlıq yaradır. Qeyd edək ki bu cür qayda pozuntusu törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 60 manat və 2 balla cərimələnir.
Eltac Zülfüqaroğlu
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












