Mikroavtobus sürücüsü həbs edildi: sükan arxasında hallı olduğuna görə - FOTO

Cəlilabadda içi sərnişinlə dolu mikroavtobusun narkotik vasitə qəbul etmiş sürücüsü saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad rayonu ərazisində 3 saylı marşrut xətti üzrə hərəkətdə olan 15-BP-496 dövlət nömrə nişanlı, “Mercedes” markalı mikroavtobusun sürücüsü qaydanı pozduğu üçün Cəlilabad RPŞ-nin dövlət yol polisi bölməsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Bu zaman mikroavtobusun sürücüsü olan Cəlilabad rayonunun Soltankənd kəndinin sakini Oqtay Abbasovun ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı müəyyən olunub, eyni zamanda hərəkətləri şübhə doğurduğu üçün o tibbi müayinəyə dəvət edilib.
Baş Dövlət Yol Polisi İdarəsinindən Avtosfer.az-a verilən məlumata görə, həmin sürücünün hərəkətləri şübhə doğurduğu üçün Baş İdarə tərəfindən YPX əməkdaşlarına verilmiş narkotesterlə müayinə edilib və onun narkotikin təsiri altında olduğu müəyyən olunub. Bundan sonra sürücü narkotik maddə qəbul etdiyini etiraf edib.
O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Namiq


Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












