Necə gəldi ötmə edən sürücü dəfələrlə qəza təhlükəsi yaratdı - VİDEO

Qala-Ramana yolunda qayda pozan sürücü kameraya düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” ünvanına video göndərərək məlumat verib. Hadisə avqustun 26-da saat 08:48 radələrində qeydə alınıb.
Belə ki, 77-NM-690 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı evakuatorun sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə manevri edir. Lakin qarşıdan avtomobilin gəldiyini görən sürücü qəfil öz zolağına qayıdır və bu zaman görüntünü qeydə alan avtomobil üçün təhlükəli vəziyyət yaradır.
Bununla kifayətlənməyən sürücü bir qədər sonra yenidən əks yola çıxaraq ötməyə cəhd edir. Qarşıdan avtomobilin yaxınlaşdığını gördükdə isə o yenidən öz zolağına qayıdır və bu dəfə də həmin sürücüyə qəza şəraiti yaradır.
Şikayətçinin sözlərinə görə, o, hadisədən sonra sürücüyə yaxınlaşaraq iradını bildirib. Bu zaman evakuatorun sürücüsü ona qarşı nalayiq ifadələr işlədib.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












