Özünə yer tapmayan sürücü ard-arda qaydaları pozdu - 10-OC-323 - VİDEO

Paytaxtın Sabunçu-Zabrat yolunda qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” ünvanına videogörüntünü göndərərək ətraflı məlumat verib. Hadisə oktyabrın 4-də, saat 12:00 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, 10-OC-323 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü avtobus zolağı ilə hərəkət edib. Daha sonra isə görüntünü qeydə alan avtomobilin qarşısına keçərək hərəkətini davam etdirib.
Şikayətçinin sözlərinə görə, o, “Mercedes”in sürücüsünə yol verib. Lakin bir qədər sonra həmin sürücü hərəkətdə olduğu zolaqdan sola manevr edərək yenidən onun avtomobilinin önünə keçib.
Şikayətçi sürücüyə siqnal verərək iradını bildirdikdə isə “Mercedes”in sürücüsü qəfil tormoz verərək qəza şəraiti yaradıb.
Nərmin
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO
Bazar günü əlillər üçün ayrılmış yerdə parklanma etmək olar? - QANUNLA BELƏDİR












