Piyada keçidinin üstündə maşını park edən “Toyota” sahibi - 90-CY-195- FOTO

Paytaxtda sürücülərin dayanma-durma qaydalarına məhəl qoymadan piyadaların hərəkətinə maneə yaratma faktlarına tez-tez rast gəlirik.
Avtosfer.az xəbər verir ki, Bakının Nərimanov rayonunda nəqliyyat vasitəsi idarəçiləri hər gün piyada keçidini zəbt edirlər.
Belə ki, rayonun ən işlək yollarından biri olan Azadlıq prospekti ilə Sabit Rəhman küçəsinin kəsişməsində yerləşən piyada keçidiuzun müddətdir sürücülər tərəfindən nəzərə alınmır. Sakinlərin sözlərinə görə, bu keçiddə piyadalara üstünlük verilməməsi, sürücülərin qaydalara əməl etməməsi və nəzarətin zəif olması ciddi təhlükə yaradır. 90-CE-195 qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sahibi də analoji halı təkrarlayaraq qaydaları kobud şəkildə pozub.

Piyadalar bu ərazidə yolu keçərkən çətinliklə üzləşdiklərini, bəzi hallarda isə sürücülərin sürəti azaltmadığını bildirirlər. Küçədə marketin olması və sürücülərin parklamağa yer tapmaması kəsişmədə sıxlığın yaranmasına səbəb olur.
Sakinlər aidiyyəti qurumlardan burada təhlükəsizliyin təmin olunması üçün tədbirlər görülməsini, piyada keçidinin daha nəzərəçarpan hala gətirilməsini və sürücülərə nəzarətin artırılmasını tələb edirlər. Avtomobil idarəçiləri həm də ərazidə 47 saylı orta məktəbin şagirdlərini, uşaqlı qadınların keçiddən istifadəsini də gözardı etməməlidirlər. Əks halda, İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən, 40 manat cərimə edilə bilərlər.

Eltac Zülfüqaroğlu
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












