Piyada səhv edir, cəzasını sürücülər çəkir - DYP-dən MÜNASİBƏT

Piyadavurma hadisələri tez-tez yaşanır. Bunu mətbuatdakı qəza hadisələri ilə bağlı gündəlik xronika da təsdiqləyir. Piyadaların vurulması ilə baş verən yol qəzalarının bu qədər artmasının səbəbi nədir?
Avtosfer.az xəbər verir ki, yol nəqliyyatı eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirib ki, bəzi piyadalar özünü bilərəkdən avtomobilin qabağına atır: “Son illər baş verən yol qəzalarının əksəriyyətində piyadaların özləri günahkardır. Lakin məsuliyyətsiz piyadanın ucbatından cəzalanan yenə də sürücü olur. Bəzən piyadalar piyada keçidi olmayan yerlərdən keçirlər, hətta yollarda olan dəmir sədləri belə atlanaraq keçirlər. Belə piyadalar yol qəzalarının yaranmasına səbəb olurlar. Rusiyada piyada vurulması hadisələrinin 60%-də sürücülər günahkardır. Azərbaycanda isə bu göstərici 97%-ə çatır. Həmin sürücülərin çoxu piyadaların ucbatından həbsxanadadır. Piyadaların səhvinə görə baş verən yol-nəqliyyat hadisələri ictimailəşdirilməlidir.
Piyadalarla bağlı inzibati xətalar məcəlləsində 4 cərimə növü var
“Bu cərimələrdən biri işıqforun qadağanedici işığında hərəkət etməyə görə, digəri keçiddən istifadə etməməyə görə, üçüncüsü yaxınlaşmaqda olan nəqliyyat vasitsinin qarşısına qəfildən çıxmağa görə, dördüncüsü isə yaxınlaşmaqda olan operativ nəqliyyat vasitələrinə yol verməməyə görədir. Bu hallara görə piyadaları 20 manat cərimə nəzərdə tutulub. Qanuna edilən yeni dəyişikliyə əsasən, piyadalar 80 km/saat və daha çox sürət həddi tətbiq olunan yollarda qaydaları pozsalar, 40 manat məbləğində cərimə olunurlar.
Piyadalar məsuliyyətsiz davranır
İl ərzində 100 mindən çox piyada cərimələnir. Hətta bəzi piyadalar dəfələrlə cərimələnir. Çox hallarda cərimələnən piyada məsuliyyətsiz yanaşır. Halbuki məsuliyyətsizlik onlar üçün bir sıra problemlər yaradır. Piyada nə vaxtsa sürücülük vəsiqəsi almaq istəsə, cərimələri ödəmək məcburiyyətində qalır. Eyni zamanda, şəxsiyyət vəsiqəsini dəyişərkən borcunun ödənilməsi tələb olunur. Bu, qanunun tələbidir.
Piyadalara qarşı ictimai qınaq tətbiq olunmalıdır
Bu vaxta qədər ictimai qınaq sürücülərə qarşı həyata keçirilirdi. Bu təşəbbüs effektiv təsir vermişdi. Ona görə də həmin təşəbbüs piyadalara qarşı da aparılmalıdır. Hətta bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə kampaniyaya başlamışıq. Məsuliyyətsiz piyadalarla bağlı videoları saytlarda və müxtəlif KİV-lərdə yayımlamaq lazımdır ki, onlar məsuliyyətli davranmağa məcbur olsunlar. Yaxın zamanda yeni sosial çarxlar da təqdim olunacaq”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə saytımıza açıqlamasında vurğulayıb ki, piyada vurulması zamanı ciddi araşdırma aparılır: “Bu gün piyadaların vurulması məsələsi çox ciddi problemdir. Hadisələr bütün göstəricilər üzrə aşağı düşsə də, piyada vurulması hallarının nəticələri narahatlıq doğurur. Yol qəzaları əsasən piyada keçidlərinə yaxın ərazilərdə baş verir. Bu baxımdan yol-nəqliyyat hadisələrinin çoxunda piyadaların özü günahkar olur. Qeydə alınan yol-nəqliyyat hadisələrində piyadanın səhvi sübuta yetirilirsə, ona qarşı cinayət işi açılır. Bu zaman sürücü heç bir halda cərimələnmir”.
Qeyd edək ki, statistikaya əsasən ölkədə piyadaların avtomobillə vurulması halları ümumi yol-nəqliyyat hadisələrinin 67%-ni təşkil edir.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












