Piyadalar üçün nəzərdə tutulan cərimələr azdır – Aqil Rəhimov - VİDEO

Yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirlərinin artmasına baxmayaraq, piyadaların qaydalara əməl etməməsi hələ də ciddi problem olaraq qalır.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov “AvtoFm”də çıxışı zamanı bildirib ki, Azərbaycanda bəzən qeyri-adi mənzərə yaranır. Sürücü piyadadan ehtiyat edir, lakin piyada sürücüdən çəkinmir.
Onun sözlərinə görə, bəzi piyadalar yolun hərəkət hissəsini keçərkən nə piyada keçidindən istifadə edir, nə də təhlükəsizlik qaydalarına diqqət yetirirlər:
“Piyada keçidindən istifadə etməmək bir yana, telefonla danışa-danışa yolu keçir, avtomobilə tərəf baxmır. Bu isə həm öz həyatı, həm də sürücülər üçün ciddi risk yaradır”, – deyə Aqil Rəhimov qeyd edib.
Məşqçi vurğulayıb ki, müxtəlif televiziya və radio kanallarında, o cümlədən maarifləndirici proqramlarda yol təhlükəsizliyi ilə bağlı geniş izahatlar verilsə də bəzi piyadalar hələ də məsuliyyətsiz davranırlar. Onun fikrincə, inzibati cərimələrin tətbiqi və nəzarətin gücləndirilməsi bu sahədə nizam-intizamın artırılmasına kömək edə bilər.
Ekspert hesab edir ki, yol hərəkətində təhlükəsizlik yalnız sürücülərin deyil, piyadaların da məsuliyyətli davranışından birbaşa asılıdır.
Eltac Zülfüqaroğlu
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












