Piyadaların yolunu kəsən sürücülər: onları siz də tanıyın - FOTO - VİDEO

Bakı şəhərində piyada səkilərində nəqliyyat vasitələrinin saxlanılması, sürücülər tərəfindən qanunsuz zəbt edilməsi hallarının artması vətəndaşların haqlı narazılığına səbəb olur və bu barədə Daxili İşlər Nazirliyinə (DİN) ayrı-ayrı şəxslər tərəfindən şikayət xarakterli məktublar ünvanlanır. Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd edilib ki, yollarda təhlükəsizliyin təmin edilməsi üçün istər piyadalar, istərsə də sürücülər qanunların tələblərinə riayət etməli və qaydaları pozmamalıdırlar: "Dayanma-durma tələbinin düzgün yerinə yetirilməməsi digər hərəkət iştirakçıları ilə yanaşı, piyadaların həyatına da böyük təhlükə yaradır".
DİN sürücülərin diqqətinə çatdırır ki, yol hərəkəti haqqında qanunun 52-ci maddəsi dayanma-durma, 53-cü maddəsi isə avtommobillərin parklanma tələblərini tənzimləyir. Bu gün Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları təbliğat işlərini gücləndirmə məqsədi ilə paytaxtın bir neçə prospekt və yollarında piyada səkilərində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparıblar. Sürücülərin diqqətinə çatdırılıb ki, xüsusilə piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə avtomobillərin park edilməsi inzibati xəta tərkibi yaradır. Belə ki, səkilərin zəbt edilməsi piyadaların yolun hərəkət hissəsinə çıxmasına və beləliklə də onların həyatlarını təhlükə qarşısına qoyması ilə nəticələnir.
Rəyi soruşulan paytaxt sakinləri də avtomobillərin səkilərdə park edilməsinin piyadaların hərəkətinə ciddi maneə yaratdıqlarından şikayətləniblər.
Qeyd edək ki, paytaxtın bəzi nöqtələrində sürücülərin əlillər, uşaq arabalarının hərəkəti üçün nəzərdə tutulan pandusların üzərində belə nəqliyyat vasitələrini park etdikləri müşahidə edilib.
Sürücülərdən xahiş olunur ki, dayanma-durma və parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl etsinlər və digər hərəkət iştirakçılarının, xüsusilə də piyadaların təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə saxlamasınlar.
Namiq
Sürücülərin tez-tez zolaq dəyişməsi qəza riskini artırır - MÜTƏXƏSSİS
"BakuBus" sürücüsünün təhlükəli hərəkəti: Avtomobilin yolunu kəsdi - VİDEO
Bakıda gözlənilməz qəza: Qırmızıda keçən velosipedçi maşına çırpıldı - VİDEO
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - FOTOLAR
Qayda pozan sürücü təhlükə yaratdığı maşına siqnal da verdi - VİDEO
Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu - FOTO
“Yol ver” nişanını gözardı edən sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
Qaydaları hələ də mənimsəməyən sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Qayda-qanundan danışan Səidə Bəkirqızı ardıcıl qayda pozdu - VİDEO
Şəhərin mərkəzində “hoqqa” verən velosipedçi görün özünə necə haqq qazandırdı - VİDEO
“VAZ” sürücüsündən təhlükəli manevr: Qarşıdan gələn maşının üzərinə sürdü - VİDEO





















