Polis Bakıda profilaktik-maarifləndirmə tədbirləri keçirdi: cəzalananlar var - FOTO

Martın 29-da Bakı Şəhər Baş Polis İdarəsinin tabeli orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirilib. Avtosfer.az xəbər verir ki, paytaxtda nəqliyyat axınının intensiv olduğu yollarda hərəkət iştirakçılarının– sürücü və piyadaların hüquqi maarifləndirilməsi ilə bağlı fərdi söhbətlər aparılıb. Söhbətlərdə inzibati xəta tərkibi yaradan hərəkətlərin təkcə qanun pozuntusu yox, həm də insanın həyat və sağlamlığı, maddi ziyana səbəb olan fəsadlar izah olunub.
Paytaxt üzrə keçirilən kütləvi tədbirdə əsas məqsəd yol hərəkətinin təhlükəsizliyinin etibarlı təminatında hər bir insanın məsuliyyət hissinin artırılması olub. Fərdi profilaktik söhbətlərdə yol polisi, ictimai təhlükəsizlik idarə və şöbələrinin əməkdaşları ilə yanaşı, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Ümumilikdə yol hərəkəti qaydalarını pozan 896, o cümlədən kobud qayda pozuntusuna yol verən 130 sürücünün barəsində İXM-nin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub, çoxavazlı səs siqnalları, səsboğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunmuş digər əlavə avadanlıqlar quraşdırılan, eləcə də konstruksiyasında dəyişiklik edilən 17 nəqliyyat vasitəsi saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilib, avtomaşını sərxoş halda idarə edən 19, avtoxuliqanlıq edən 2 sürücü, yolu müəyyən olunmayan yerdən keçən 295 piyada, sərnişindaşıma qaydalarının pozulması ilə bağlı 50 fakt müəyyən olunaraq müvafiq tədbirlər görülüb.
Eləcə də keçirilən əməliyyat və profilaktiki tədbirlər nəticəsində küçə ticarəti ilə məşğul olduqlarına görə 106, avara və dilənçiliklə məşğul olduqlarına görə 14 nəfər müəyyən olunub.
Paytaxt polisinin inzibati ərazisində xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunmasınəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.
Elmin
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO



















