Prezident bir gündən sonra cərimələnməyi qadağan etdi - Sürücülərə vacib xəbər

Yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati xəta haqqında elektron protokol 1 gün müddətində elektron kabinetdə yerləşdiriləcək. Avtosfer.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında Fərmanında əksini tapıb.
Fərmana əsasən, yol hərəkəti qaydalarının pozulması ilə bağlı nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.
Qeyd edək ki, əvvəllər bu müddət 1 ay olub.
Avtosfer.az bildirir ki, bu qaydalardan faydalanmaq istəyən sürücülər mütləq asanpay.az saytında qeydiyyatdan keçərək özlərinə elektron kabinet yaratmalıdırlar. Elektron qaydada qeydə alınan xətalar barədə məlumatlar 1 gün ərzində həmin kabinetə yerləşdirilmədikdə sürücünü məsuliyyətə cəlb etmək qanunsuzdur. Elektron kabinetin yaradılması üçün sadəcə olaraq şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək lazımdır. Əlavə suallar yarandıqda ASAN xidmət mərkəzinin 108 qaynar xəttinə müraicət etmək olar.
Avtosfer.az saytına da suallarınızı ünvanlaya bilərsiniz. Bunun üçün feysbook və votsap imkanlarından da istifadə etmək olar. https://www.facebook.com/avtosfer.az/
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












