Qayda pozub hələ qarşı tərəfi səhv çıxardı: “Mənə sürməyi öyrədirsən?” - VİDEO

Paytaxtın Hava limanı yolunda qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 18-də saat 08:43 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, 90-UX-114 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin hərəkət etdiyi zolaq bitdiyindən sol zolağa keçmək istəyib. Lakin o, həmin zolaqdakı maşına məhəl qoymadan manevr edərək görüntünü qeydə alan nəqliyyat vasitəsinin yolunu kəsib və qəza şəraiti yaradıb.
Bundan sonra təhlükə ilə üzləşən sürücü “KIA”nın sürücüsünə yaxınlaşaraq iradını bildirib. O, öz zolağı ilə hərəkət etdiyini vurğulayaraq qarşı tərəfin manevr etməzdən əvvəl dönmə işığını yandırmalı olduğunu deyib.
“KIA”nın sürücüsü isə “Nəyə görə yandırmalıyam? Zolaqdı da, hərə bir yol tapır gedir də. Mənə sürməyi öyrədirsən?” sözləri ilə cavab verib.
Xatırladaq ki, sürücülər zolaq dəyişərkən digər hərəkət iştirakçılarına yol verməli, manevrə başlamazdan əvvəl isə müvafiq dönmə işıqlarından istifadə etməlidirlər.
Nərmin
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO












