Qaydaları saymayan “Prius” sürücüsü tuneldə təhlükə yaratdı - VİDEO

Paytaxtın Moskva prospektində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında baş verib. Kadrlarda tuneldə hərəkətdə olan 99-LH-896 dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsünün manevr qaydasını pozduğu görünür. Belə ki, o, bütöv xəttin tələbinə məhəl qoymadan sol zolaqda hərəkətdə olan avtomobilin qarşısına çıxaraq zolaq dəyişib və bu zaman qəza şəraiti yaradıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, tuneldə və ya yolun məhdud görünüşlü hissələrində ötmə manevrlərinin edilməsi qadağandır. Bu cür hərəkətlər həm digər nəqliyyat vasitələrinin təhlükəsizliyini pozur, həm də qəza riskini əhəmiyyətli dərəcədə artıran inzibati xəta hesab olunur və sürücü barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlərinin görülməsinə əsas yaradır.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












