Qəfil yola çıxan sürücü az qala qəza törədəcəkdi - 99-UC-774 - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında Qəşəm Aslanov küçəsində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, 99-UC-774 dövlət qeydiyyat nişanlı “Chery” markalı avtomobilin sürücüsü yola baxmadan maşını park etdiyi yerdən birbaşa hərəkət hissəsinə çıxıb. Bu zaman o, görüntünü qeydə alan avtomobilin qarşısına qəfil çıxaraq qəza şəraiti yaradıb.
Xoşbəxtlikdən təhlükə ilə üzləşən sürücü vaxtında dayanaraq qəzanın qarşısını alıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, sürücü dayanacaqdan və ya yolun kənarından hərəkət hissəsinə çıxarkən digər hərəkət iştirakçılarına maneə və təhlükə yaratmamalı, yol şəraitini nəzərə alaraq manevri təhlükəsiz şəkildə həyata keçirməlidir.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












