Şəhərin mərkəzində skuterlə “hoqqa” verən gənc az qala qəza törədəcəkdi - VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yol hərəkəti qaydalarını kobud şəkildə pozan skuter sürücüsü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlardan görünür ki, skuter sürücüsü nəqliyyat vasitəsinin ön təkərini havaya qaldıraraq avtobus zolağı ilə hərəkət edir. O, daha sonra işıqforun qırmızı işığının tələbinə əməl etmir və hərəkətini davam etdirir. Ardınca isə qəfil sola manevr edərək həmin istiqamətdə hərəkət edən motosikletlə toqquşma təhlükəsi yaradır. Yalnız motosiklet sürücüsünün çevik reaksiyası sayəsində qəzanın qarşısı son anda alınır.
Qeyd edək ki, işıqforun qadağanedici işığında hərəkətin davam etdirilməsi, eləcə də digər hərəkət iştirakçıları üçün təhlükə yaradan manevrlər yol hərəkəti qaydalarının kobud şəkildə pozulması hesab olunur. Bu cür davranışlar inzibati məsuliyyət yaradır və həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi risk yaradır.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












