Səkkiz nəfərin öldüyü qəza ilə bağlı ŞOK faktlar – Onlar hara tələsirdi?

Dünən Göygöl rayonu ərazisində, Daşkısın-Gəncə yolunun bu rayondan keçən hissəsində baş vermiş dəhşətli yol qəzasında ölən 8 nəfər bu gün dəfn edilib. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, qəzaya düşən “VAZ 2107”də ölən Daşkəsən rayon Mollahəsənli kənd sakinləri – 1995-ci il təvəllüdlü Eldəniz Gəray oğlu Həsənov, onun övladı 2018-ci il təvəllüdlü Rübabə Eldəniz qızı Həsənova, sürücünün nənəsi – 1934-cü il təvəllüdlü Firəngiz Dəmir qızı Orucova və xalası, 1958-ci il təvəllüdlü Nahidə Qəzənfər qızı Orucova bu gün kənd qəbiristanlığında dəfn edilib.
Həmin avtomobillə toqquşan “VAZ-2106″da vəfat edən sürücü, 1986-cı il təvəllüdlü Aslan Əbülfət oğlu Camalov, 1949-cu il təvəllüdlü Həmid Səməd oğlu Bayramov, sürücünün həyat yoldaşı 1995-ci il təvəllüdlü Sevinc Mehman qızı Camalova və övladı, 2016-cı il təvəllüdlü Hüseyn Aslan oğlu Camalov isə Gəncədə torpağa tapşırılıb.
Qəza nəticəsində E.Həsənovun həyat yoldaşı 1991-ci il təvəllüdlü Ruhiyyə Ramiz qızı Həsənova isə ağır xəsarətlər alıb və hazırda Gəncədə xəstəxanada müalicə olunur.
Bildirilir ki, qəzaya düşən ailələrdən biri övladını həkimə, digəri isə sünnət olunmaq üçün aparırmış.
Belə ki, işdən bir neçə günlük məzuniyyət götürən Eldəniz Həsənov həyat yoldaşı və yaxın qohumları ilə birgə 1 yaşlı qızı Rübabəni peyvənd olunması üçün xəstəxanaya aparırmış. Digər avtomobili idarə edən Aslan Camalov da məzuniyyətə çıxıbmış və 2 yaşlı oğlunu sünnət olunması üçün xəstəxanaya aparırmış.
Dəhşətli hadisə ilə bağlı cinayət işi açılıb, ilkin araşdırma zamanı qəzaya sürücülərdən birinin ötmə əməliyyatını düzgün icra etməməsi və maşınların qəzadan yayınmaq istəyərkən qarşı-qarşıya toqquşması səbəb olub.
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO











