Sıxlıqdan çıxmaq istəyən sürücülər vəziyyəti daha da çətinləşdirdi - ANBAAN VİDEO

Yollarda hər hansısa səbəbdən məhdudiyyət tətbiq edilə, təmir işləri aparıla və ya yol nəqliyyat hadisələri baş verə bilər. Belə hallarda nəqliyyat sıxlığının yaranması təbiidir. Lakin təəssüf ki, bəzi sürücülərin "Mən keçim, qalanı gözləsin" düşüncəsi ilə əks istiqamətdə hərəkət zolağına çıxması, qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna daxil olması və yolayrıcında növbəni pozaraq irəli keçməsi yaranmış sıxlığın müddətini daha da artırır.
Avtosfer.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, belə hal ötən gün Surxanı rayonu, Hövsan (MİDA) yolunda yaşanıb. Müşahidə kameralarının qeydə aldığı görüntülərdən də göründüyü kimi, bir qisim sürücü alternativ yol kimi istifadə etdikləri bu yolda əks zolağa çıxaraq qarşıdan gələn nəqliyyat vasitələrini hərəkətini çətinləşdirib. Eyni zamanda irəlidə yolayrıcında bəzi sürücülərin qaydalara əməl etməməsi süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub.
Nəticədə Zığ şosesi-Hövsan, Hövsan-Zığ şosesi, "Kənd Hövsan" istiqamətlərində nəqliyyatın hərəkəti bir müddət dayanıb. Yol polisi əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində yaranan xaotik vəziyyət aradan qaldırılıb.
Ömər Xıdırov qeyd edib ki, bu cür halların baş verməməsi üçün sürücülər yalnız yol hərəkəti qaydalarına əməl etməklə kifayətlənməməli, digər hərəkət iştirakçılarına da hörmətlə yanaşmalıdırlar. Onun sözlərinə görə, yolda hər hansısa səbəbdən sıxlıq yarandığı zaman bütün sürücülər növbəyə riayət etsələr, irəli düşmək fikrindən çəkinib digərlərinin zolağına daxil olmasalar yollarda əlavə vaxt da itirməzlər. Bir sözlə, sürücülər sıxlıqdan çıxmaq istəyərkən sıxlığı daha da artırmamalıdırlar.
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO












