Son anda zolaq dəyişən sürücü qəza şəraiti yaratdı - 77-MN-977 - VİDEO

Paytaxtın “Koroğlu” metrostansiyası yaxınlığında qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 18-də saat 17:11 radələrində qeydə alınıb. Belə ki, 77-MN-977 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü hərəkət zamanı manevr qaydasını pozub. Görüntülərdən aydın olur ki, istiqamətini dəyişmək istəyən sürücü son anda sağa manevr edib. Bu zaman o, görüntünü qeydə alan avtomobilə qəza şəraiti yaradıb.
Xoşbəxtlikdən digər sürücünün operativ reaksiyası nəticəsində baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısı alınıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, sürücü manevr etməzdən əvvəl digər hərəkət iştirakçılarını öncədən xəbərdar etməli, həmçinin manevrin təhlükəsizliyinə əmin olmalıdır. Qəfil və düşünülməmiş manevrlər yolda ciddi qəzalara səbəb ola bilər.
Hər bir sürücü sükan arxasında diqqətli olmalı, zolaq dəyişdirərkən isə məsafə və sürət intervalına xüsusi diqqət yetirməlidir.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












