Banner

Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO

Qaydalar 11 Noyabr 2026 19:20
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Yasamal rayonu, İzmir küçəsində qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə ilə bağlı görüntüləri sürücülük təlimçisi Vaqif Rəhimov sosial şəbəkə hesabında paylaşıb.

Hadisə noyabrın 7-də saat 11:47 radələrində qeydə alınıb. Belə ki, “BYD” markalı avtomobilin sürücüsü yolun su ilə örtülməsinə baxmayaraq, sürəti azaltmadan hərəkətini davam etdirib. Nəticədə avtomobilin təkərləri yoldakı suyu sol zolaqda hərəkət edən maşına və kuryerin idarə etdiyi motosikletə sıçradıb. Nəticədə kuryer başdan-ayağa islanıb.

Bir qədər sonra motosikletçi onu isladan sürücüyə yaxınlaşaraq iradını bildirib.

Qeyd edək ki, yağışlı və əlverişsiz hava şəraitində, xüsusilə yolun su ilə örtüldüyü ərazilərdə sürücülər sürəti azaltmalı, digər nəqliyyat vasitələrini və piyadaları nəzərə almalıdırlar.

Xatırladaq ki, yollarda piyadalara və digər nəqliyyat vasitələrinə qəsdən su və ya palçıq sıçradılmasına görə İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsinə əsasən, sürücülər 40 manat məbləğində cərimə edilirlər.

Nərmin

bax.tvhttps://bax.tv/embed/228738.html

 

 

Oxunub : 230
ŞƏRH YAZ
Ad

E-mail

Şərh