Sürücü sərnişinləri yolun ortasında düşürdü, onlar isə… - VİDEO

Paytaxtın Səbail rayonunda yol hərəkəti qaydalarının pozulduğu anlar kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Görüntülərdən aydın olur ki, 120A müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-XO-187 dövlət qeydiyyat nişanlı “Midibus” markalı avtobusun sürücüsü müəyyən olunmuş dayanacaqdan kənarda saxlayaraq sərnişinlərin düşməsinə şərait yaradıb.
Eyni zamanda, piyadalar da yolu nəzərdə tutulmayan hissədən keçərək riskli vəziyyətə səbəb olublar. Onların bir qismi yolun qarşı tərəfinə keçmək üçün dəmir arakəsmənin üzərindən aşaraq hərəkət edib, daha sonra isə nəqliyyat axınının sıx olduğu vəziyyətdə avtomobillərin arasından keçiblər.
Qeyd edək ki, bu cür davranışlar həm sürücülər, həm də piyadalar üçün idarəolunmaz situasiyalar yaradır. Sürücü gözləmədiyi vaxtda yola çıxan piyadaya reaksiya verməyə macal tapmaya, piyada isə saniyələr içində nəqliyyat axınının ortasında çıxılmaz vəziyyətdə qala bilər.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












