Sürücülər bu qaydanı qəsdən pozurlar: Tıxacın əsl səbəbi budur - VİDEO

Yolayrıcının keçilməsi ilə bağlı qaydalara əməl etməyən sürücülərə hələ də tez-tez rast gəlinir. Avtosfer.az xəbər verir ki, günün pik saatlarında tıxacın artmasının əsas səbəblərindən biri sürücülərin intizamsız davranışıdır. Tıxacla bağlı vəziyyət xüsusilə yolayrıclarında daha qabarıq şəkildə özünü göstərir.
Belə ki, sürücülər yolayrıcının o biri tərəfində tıxac olmasına baxmayaraq, yaşıl işıq yanan kimi kəsişmə yerinə daxil olurlar. Bu isə digər istiqamətdən gələn avtomobillərin yolunu kəsir və hərəkətin iflic olmasına səbəb olur.
Bu cür hallardan biri paytaxtın Vaqif prospektinin Azadlıq prospekti və eləcə də Səməd Vurğun küçəsi ilə kəsişməsində qeydə alınıb. Videodan aydın görünür ki, Vaqif prospekti ilə hərəkət edən sürücülərə yaşıl işıq yansa da, yolda hərəkət məhdudlaşıb. Bunun səbəbi Azadlıq prospekti ilə hərəkət edən bir neçə sürücünün yolayrıcına daxil olaraq hərəkəti çətinləşdirməsidir.
Eyni vəziyyət Səməd Vurğun küçəsi ilə kəsişmədə də yaşanıb. Sürücülər yolun sonunda sola dönə bilməyəcəklərini görsələr də, kəsişmə yerinə daxil olaraq orada qalıb və yolayrıcını zəbt ediblər.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 3 bal və 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
Tıxacdan yayınan sürücü birbaşa ən sağ zolağa keçib təhlükə yaratdı - VİDEO
Qadın sürücü motosikletin yolunu kəsib qəza şəraiti yaratdı - VİDEO
Toy kortejində qayda pozan sürücü motosikleti vurdu - VİDEO
Növbəsini gözləyən avtomobillərin qarşısına keçən sürücüdən hörmətsizlik - VİDEO
Avtomobilin qarşısını kəsən sürücü qoşa xətdən dönüb qaydaları pozdu - VİDEO
Avtobus zolağı olmayan yolda sürücüyə cərimə yazıldı - VİDEO












