Sürücülər bu zolaqdan düzünə gedə bilmirlər: "Xahiş edirik nişanı dəyişsinlər" - VİDEO

Bakıda hərəkətin təşkilində olan problemlə bağlı bir neçə sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Abdulla Şaiq küçəsindən gedir. Belə ki, Dövlət Statistika Komitəsinin qarşısındakı 4 zolaqlı yolun sağ iki zolağı yalnız düzünə, sol iki zolağı isə yalnız sola dönmək üçün nəzərdə tutulub. Sürücülər bildirirlər ki, yolun həmin hissəsində sağ zolaqda dayanma-durmanın qadağan edilməsinə baxmayaraq, əksər hallarda nəqliyyat vasitələri park edilir. Bu zaman düzünə hərəkət etmək üçün yalnız bir zolaq qalır. Günün pik saatlarında düzünə hərəkət edənlərə bir zolaq qaldığı üçün yolda tıxac daha da artaraq hərəkəti iflic edir.
Sürücülər qeyd edirlər ki, üçüncü zolaqdan düzünə hərəkət etmək texniki cəhətdən mümkün olsa da, burada yerləşdirilmiş 5.8.1 yol nişanı həmin zolaqdan düzünə getməyi qadağan edir. Halbuki həmin zolağın həm sola, həm də düz istiqamətə hərəkət üçün nəzərdə tutulması nəqliyyat axınının daha səmərəli təşkilinə və tıxacın azalmasına şərait yarada bilər.
Sürücülər bu vəziyyətin aradan qaldırılması üçün aidiyyəti qurumlardan hərəkətin təşkilinə dəyişiklik edilməsini xahiş edirlər.
Fərid
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












