Sürücülər hələ də bu qaydadan xəbərsizdilər: 3 bal 100 manatlıq cərimə yazılacaq - VİDEO

Yolayrıcının keçilməsi qaydasını bilməyən və yolda tıxaca səbəb olan sürücülərə hələ də rast gəlmək olur. Avtosfer.az xəbər verir ki, günün pik saatlarında sürücülər yolayrıcında tıxacı daha da şiddətləndirirlər. Bu qayda pozuntusu ilə bağlı kütləvi cərimələr yazılsa da, çox təəssüf ki, sürücülər hələ də qayda pozmağa davam edirlər.
Paytaxtın Bakıxanov küçəsində qeydə alınmış videodan bir daha sübut olunur ki, sürücülər hələ də bu qaydadan xəbərsizdirlər və ya xəbərləri olsa da belə intizamsızlıq edirlər. Bakıxanov küçəsi boyunca hərəkət edən sürücü tıxac olduğunu görərək yolayrıcına daxil olub. Bu zaman Cəlil Məmmədquluzadə küçəsi istiqamətindən gələn avtomobillərin yolunu kəsib. Yolayrıcında tıxacın yarandığını görən sürücülər C. Məmmədquluzadə küçəsi istiqamətindən yolayrıcına daxil olaraq tıxacı daha da gərginləşdiriblər.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












