Taksilərin avtobus zolağına girməsi məsələsinə yenidən baxılacaq - RƏSMİ - VİDEO

Son günlər sürücüləri ən çox narahat edən məsələ artıq uzun müddətdir ki, paytaxtın küçə və prospektlərində təşkil edilən avtobus zolaqlarıdır. Vətəndaşlar hesab edir ki, bu zolaqlara girişin qadağan edilməsi, onları qanunun tələbini pozaraq yolun avtomobillər üçün nəzərdə tutulan 2-ci, bəzən hətta 3-cü zolağında saxlamağa vadar edir. Xüsusən taksi sürücüləri bu mövzuda daha çox problemlərlə üzləşirlər. Müştəri dayandığı yerin hara olduğunun fərqinə varmadan taksi sifariş verir və əraziyə yaxınlaşmağa çalışan sürücünün yol kənarında dayanıb müştəri götürmək üçün qarşısına maneə çıxır. Bu da avtobus zolağıdır. Bu halda taksi sürücüsü 3-5 manat gəlir əldə edib 100 manat cərimələnməsin deyə müştərinin dayandığı nöqtədə avtomobili saxlamır, narazılıqlar yaranır.

Avtosfer.az xəbər verir ki, sürücüləri narahat edən bu məsələ “ASAN TV”nin efirində yayımlanan “Qəbuldasan” verilişində müzakirə edilib.
Belə ki, verilişin qonağı olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərov deyib ki, qanunvericiliyə əsasən, digər nəqliyyat vasitələrinin avtobus zolaqlarında hərəkəti qadağan edilir:
“Lakin “Yol hərəkəti haqqında” qanunun 48-ci maddəsində qeyd edilir ki, əgər həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Bu gün qanunvericilik bu şəkildədir, lakin gələcəkdə taksi sahəsi üzrə islahatları tam başa çatdırdıqdan sonra, ümumiyyətlə, bir çox ölkə və şəhərlərdə olduğu kimi, zolaqlardan istifadəsinə yenidən baxacağıq”.
Həmin videonu sizə təqdim edirik:
Səfər
Prospektdə təhlükəli manevr edən sürücü qəzadan güclə yayındı - VİDEO
Avtobusla 3 metrlik yolda geriyə dönmək istəyən sürücü yolu kəsdi - VİDEO
Bir neçə saniyə qazanmaq üçün sürücüləri təhlükəyə atdı - 99-OC-251 - VİDEO
Həm təhlükə yaratdı, həm də təhqir etdi: "Nə var ə bambılı" - VİDEO
Sürücü etdiyi hərəkətin məsuliyyətindən xəbərsizdir: 150 manat cəriməsi var - VİDEO
Tıxacdan yayınan motosikletçi əks yola çıxıb axına qarşı hərəkət etdi - VİDEO
İşıqforun yaşıl işığında qəfil dayanan sürücü qəza şəraiti yaratdı - VİDEO
Bakıda yol kənarını “özəlləşdirdilər” – Sürücülər maşın saxlaya bilmədi - VİDEO
Binədə sürücü hər gün maşını piyada keçidinin qarşısında saxlayıb təhlükə yaradır - 99-LK-176 - VİDEO
“Dayanmağa yer tapmırıq” deyib səkini zəbt edirlər – ŞİKAYƏT - VİDEO
Gecələr sakinləri narahat edən 39 motoxuliqan saxlanıldı - Abşeronda reyd - VİDEO










