Tıxacdan yayınan sürücü birbaşa ən sağ zolağa keçib təhlükə yaratdı - VİDEO

Abşeron rayonu, Masazır dairəsində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, izləyicilərdən biri hadisənin görüntülərini redaksiyanın “WhatsApp” ünvanına göndərərək şikayət edib.
Hadisə oktyabrın 20-də saat 12:51 radələrində qeydə alınıb. Belə ki, tıxacdan yayınmaq istəyən 90-YN-240 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü köməkçi yola keçmək üçün hərəkətdə olduğu zolaqdan birbaşa ən sağ zolağa manevr edib. Bu zaman o, görüntüləri qeydə alan avtomobilin sürücüsünə qəza şəraiti yaradıb.
Şikayətçinin sözlərinə görə, o, qayda pozuntusuna görə “Hyundai”ın sürücüsünə iradını bildirdikdə qarşı tərəf onun sözünü yarımçıq kəsərək təhqiramiz ifadələr işlədib və törətdiyi qayda pozuntusuna haqq qazandırmağa çalışıb. Daha sonra isə ərazidən uzaqlaşıb.
Nərmin
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












