Toydan qayıdan piyadanı vurub öldürdü: Polis güzgü ilə tapdı

Ötən gecə saat 12 radələrində Neftçala şəhərində toydan qayıdan piyadanı maşın vuraraq öldürüb. Avtosfer.az-ın virtualaz.org-a istinadən məlumatına görə, toydan çıxıb evlərinə qayıtmaq üçün maşın gözləyərkən rayonun Həsənabad kənd sakini, 1992-ci il təvəllüdlü Novruz Çingiz oğlu Babayevi naməlum avtomaşın vuraraq hadisə yerindən uzaqlaşıb. Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Neftçala RPŞ-nin əməkdaşlarının hadisə yerində qırılıb düşmüş güzgü əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanı vuraraq hadisə yerindən uzaqlaşmış 47 BC 634 dövlət nömrə nişanlı “Opel” markalı minik maşınının olduğu müəyyən edilərək həyətlərdən birində tapılıb, avtomobilin sürücüsü 52 yaşlı Neftçala rayon sakini Azər Firudin oğlu Rzayev istintaqa cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO











