Banner

Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO

Qaydalar 4 Noyabr 2026 16:30
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Nizami rayonu, Mehdi Abbasov küçəsində təhlükəli manevrlər edən sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 4-də saat 05:10 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, 90-UZ-300 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan sola keçərək həmin zolaqdakı maşına qəza şəraiti yaradıb. Təhlükəylə üzləşən sürücü toqquşmadan yayınmaq üçün sol zolağa keçməli olub.

Bununla kifayətlənməyən “Mercedes” sürücüsü yenidən sola manevr edərək həmin avtomobilə ikinci dəfə qəza riski yaradıb.

Qeyd edək ki, avtomobili qadın sürücünün idarə etdiyi bildirilir.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228503.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 260
ŞƏRH YAZ
Ad

E-mail

Şərh