Ard-arda qayda pozan qadın sürücü baş yoldan gələn maşını vurdu - ANBAAN VİDEO

Novxanı yolunda baş vermiş yol-nəqliyyat hadisəsi anbaan avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 20-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Chery” markalı avtomobil, 77-GV-438 dövlət nömrə nişanlı “Saipa” markalı maşınla toqquşub. Kadrdan da göründüyü kimi, “Chery”nin sürücüsü baş yoldan gələn avtomobilə əhəmiyyət vermədən yolayırıcına daxil olaraq sola dönüb. Təhlükəylə üzləşən “Saipa”nın sürücüsü tormoz versə də məsafə yaxın olduğu üçün qəzadan xilas ola bilməyib. Nəticədə bir-birinə çırpılan nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, görüntünü qeydə alan sürücü qəzaya səbəb olan qadının ard-arda qayda pozduğunu şərh bölməsində bildirib. O vurğulayıb ki, sözügedən ərazidə sola dönmək qadağandır, yalnız düzünə və sağa icazə verən nişan mövcuddur.
Nərmin
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü












