Banner

Avtobus dərəyə aşdı, 9 nəfər öldü - Bu ölkədə - FOTO

Qəzalar 29 Noyabr 2026 12:00
Avtobus dərəyə aşdı, 9 nəfər öldü - Bu ölkədə - FOTO
WhatsApp kanalımıza abunə olun

Hondurasda sərnişin avtobusunun pikapla toqquşduqdan sonra dərəyə aşması nəticəsində azı 9 nəfər ölüb, 28 nəfər yaralanıb.

Avtosfer.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, ölənlər arasında avtobusun sürücüsü, üç kişi və beş qadın var.

Xilasedicilərdən birinin sözlərinə görə, avtobus dərəyə aşarkən bəzi sərnişinlər nəqliyyat vasitəsindən kənara düşüblər.

"Transporte Carolina" şirkətinə məxsus avtobus ölkənin paytaxtı Tequsiqalpadan təxminən 170 kilometr qərbdə yerləşən La-Esperansa şəhərinə hərəkət edirmiş.

Qəza Komayaqua departamentində magistral yolun kəskin döngələri olan hissəsində baş verib. Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.

 

 

FOTO QALEREYA
Oxunub : 82
ŞƏRH YAZ
Ad

E-mail

Şərh