Bakıda film kimi hadisə - Əks yola çıxan “Changan” “KİA” ilə toqquşaraq aşdı - VİDEO

Bu gün səhər saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə saat 07:00-da qeydə alınıb. Qəzanın baş verməsinə səbəb "Changan" markalı 77-BQ-551 dövlət nömrə nişanlı avtomobillə “KIA” markalı 77-VH-225 dövlət nömrə nişanlı avtomobillərin toqquşması olub. Toqquşma nəticəsində "Changan" işıq dirəyinə çırpılıb.
Hazırda faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası tərəfindən bir nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bazu sümüyünün sınığı və burun sümüklərinin sınığı diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Avtosfer.az-ın əldə etdiyi görüntülərdən məlum olur ki, “Changan”ın sürücüsü yolayrıcında əks istiqamətli yola çıxaraq sürətlə hərəkəti davam etdirmək istəyib. Bu zaman sola dönən “KİA” ilə toqquşaraq aşıb.
Həmin görüntüləri təqdim edirik:
Səfər
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü












