Bakıda ölümlə nəticələnən qəzanın ANBAAN VİDEOSU - YENİLƏNİB

Ötən gün Bakının Xəzər rayonu ərazisində, Zığ şosesi-Hava limanı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin necə baş verməsi məlum olub.
Avtosfer.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi özəl görüntüdə hadisə anı əks olunub.
Həmin videonu təqdim edirik:
Faktla bağlı rayon polis idarəsində cinayət işi açılıb, araşdırma aparılır.
***10:23
Ötən gün Bakının Xəzər rayonu ərazisində, Zığ şosesi-Hava limanı yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, mayın 5-də saat 15:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xəzər rayonu ərazisindən çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 36 yaşlı şəxsə (kişi) yerində yardım olunub, 46 yaşlı şəxs (kişi) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. 33 yaşlı şəxs (qadın) isə hospital olunmaqdan imtina edib.
Sabunçu Tibb Mərkəzində döş qəfəsinin küt travması, qabırğaların çoxsaylı sınığı diaqnozları təyin edilən pasiyentin müalicəsi Müştərək travma şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır", - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, qəza zamanı "Mercedes" və "XPeng" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində "Mercedes"in sürücüsü Mansur Güləxan oğlu İmanov ölüb.
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü












