Bakıda yeddi avtomobil toqquşdu - FOTO - VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində baş verən zəncirvari yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, iyunun 9-u saat 12:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisindən çağırış qeydə alınıb:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən iki nəfər (kişi) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
***16:11
Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində baş verən zəncirvari yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, hadisə nəticəsində yeddi nəqliyyat vasitəsi toqquşub, üç nəfər xəsarət alıb:
"İyunun 9-u saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 99-NQ-646 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtobus, 90-MN-355 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı minik avtomobili, 99-FY-794 dövlət nömrə nişanlı "Ford" markalı nəqliyyat vasitəsi, 77-BU-120 dövlət nömrə nişanlı "Mercedes Sprinter" markalı nəqliyyat vasitəsi, 88-BM-460 dövlət nömrə nişanlı "Chevrolet" markalı avtomobil, 90-BV-008 dövlət nömrə nişanlı "Changan" markalı avtomobil, 90-RA-349 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobil toqquşub. Qəza nəticəsində 90-MN-355 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı minik avtomobilinin sürücüsü Məhəmməd Mübariz oğlu Zeynalov, həmin nəqliyyat vasitəsindəki sərnişin Elçin Vaqif oğlu Sultanəliyev, 77-BU-120 dövlət nömrə nişanlı "Mercedes Sprinter" markalı nəqliyyat vasitəsinin sürücüsü Vüqar Eyvaz oğlu Abdullayev xəsarət alıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır".
***
Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, Oxu.Az-ın qaynar xəttinə daxil olan məlumata görə, hadisə nəticəsində 10 nəqliyyat vasitəsi toqquşub.
Hadisə zamanı "Mercedes" markalı avtomobil, "Iveco" markalı sərnişin avtobusu, "Viano" və "Ford" markalı avtomobillərə maddi ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı məlum deyil.
Ətraflı videogörüntünü təqdim edirik:
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












