Ələt–Astara magistralında ağır yol qəzası - 4 nəfər xəsarət aldı - FOTOLAR

Biləsuvarda iki maşın toqquşub, xəsarət alanlar var. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə yeni Ələt–Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Astara istiqamətində hərəkətdə olan “Mercedes” və “Rexton” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində “Rexton” markalı avtomobildə olan Qubadlı rayon sakinləri olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. “Mercedes” markalı avtomobildə olan bir nəfər isə topuq nahiyəsindən xəsarət alıb. Həmin şəxsə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
***
Biləsuvarda baş verən yol qəzasında xəsarət alanların səhhəti məlum olub. Salyan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 25.03.2026-cı il tarixində 15:10 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə 4 nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan iki nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü














