İki nəfərin öldüyü, 5 nəfərin xəsarət aldığı qəzada ittiham edilən sürücüyə hökm oxunub

Beyləqanda iki nəfərin ölümünə səbəb olan qəzanı törətməkdə təqsirləndirilən Ramiz Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs 3 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Xatırladaq ki, hadisə ötən il iyul ayında Beyləqan rayonunda baş verib. "Hyundai" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə iki nəfər ölüb, beş nəfər xəsarət alıb.
Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 263.3-cü ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham iirəli sürülüb.
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü












