Qırmızıdan keçən sürücü qəza törətdi; piyadalar ölümdən son anda qurtuldular - VİDEO

Qayda pozan sürücü qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Yaroslavl vilayətində baş verən hadisə kameraya düşüb.
Belə ki, Tutayev şəhərində işıqforun qırmızı işığından keçən avtomobil yol kəsişməsində başqa bir avtomobillə toqquşub.
Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi idarəetmədən çıxaraq birbaşa piyadaların dayandığı səkiyə tərəf yönəlib. Bu zaman səkidə gözləyən piyadalar avtomobillərin onlara doğru gəldiyini görərək dərhal kənara çəkiliblər. Bir neçə saniyəlik fərq və insanların çevik hərəkəti böyük faciənin qarşısını alıb. Avtomobillər piyadaların bir neçə addımlığından keçərək dayanıb.
İlkin məlumatlara görə, qəza nəticəsində ciddi xəsarət alan olmayıb.
Hazırda yerli hüquq-mühafizə orqanları qəzanın dəqiq səbəblərini müəyyən etmək üçün araşdırmalara başlayıb.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü












