Tailandda ikimərtəbəli avtobus qəzaya uğrayıb: Xeyli yaralı var - FOTO

Tailandda ikimərtəbəli sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 28 nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Matichon" nəşri məlumat yayıb. Bildirilib ki, nəqliyyat vasitəsi Suratthanidən Banqkoka doğru hərəkətdə olub. Yerli vaxtla təxminən saat 4:00-da Phetçaburi əyalətində baş verən hadisə ilə bağlı təcili yardım xidmətlərinə məlumat daxil olub. İçərisində 31 nəfərin olduğu avtobus ayırıcı səddə çırpılaraq aşıb. Jurnalistlərin əldə etdiyi məlumata görə, beş nəfər ağır dərəcəli bədən xəsarətləri alıb. Daha 23 sərnişində isə müxtəlif əziklər və sıyrıqlar aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib. Həkimlər stasionar müalicəyə ehtiyacı olan yaralıları xəstəxanalara çatdırıblar. Hazırda aidiyyəti qurumlar qəzanın başvermə səbəblərini və təfərrüatlarını araşdırır. İndiyədək xəsarət alanlar arasında xarici turistlərin olması barədə heç bir məlumat verilməyib.
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü















