Tarixin ən böyük aviasiya qəzasından 40 il ötür – 520 ÖLÜ - FOTO

12 avqust 1985-ci il. Tokio – Osaka reysini həyata keçirən Boeing 747 təyyarəsinin Gunma dağına çırpılması nəticəsində 520 nəfər həyatını itirdi. Bu, aviasiya tarixində bir təyyarənin iştirakı ilə baş vermiş ən böyük qəza idi.
Avtosfer.az xarici mediaya istinadla xəbər verir ki, saat 18.24-də havaya qalxan təyyarənin ekipajı və sərnişinlər quyruq hissədə partlayışa bənzər səs eşidirlər. Məlum olur ki, təyyarənin quyruq hissəsi yüksək təzyiqə tab gətirməyərək qopub və salonda hermetiklik pozulub.
Pilotlar layneri 6000 – 7000 metr yüksəklikdə idarə etməyə çalışsalar da heç bir nəticə olmur. Dekompressiya nəticəsində təyyarənin tarazlığı pozulur. Hava gəmisinin komandiri Masami Takahama rabitə ilə məşhur “heç nə edə bilmirik” mesajını aeroporta ötürür.
Qəzadan sonra gecə saatlarında dağlıq əraziyə getmək mümkün olmur. Hərbi heliopterin ekipajı qəzaya düşən təyyarəni aşkar etsə də, enə bilmədiyi üçün bazaya qayıdır.
Səhəri gün hadisə yerinə gələn həkimlər cəmi 4 nəfəri xilas edə bilirlər. Tibb işçiləri bildirirlər ki, 6 saat əvvəl gəlsələr daha çox insanı həyata qaytarmaq mümkün olardı.
İstintaq komissiyası müəyyən edir ki, sözügedən təyyarədə 1978-ci ildə baş vermiş nasazlıq da eyni səbəbdən baş verib: quyruq hissədəki hermetikləşdirici lövhələr üçqat deyil, ikqat olub və 12 318 dəfə açılıb-bağlandıqdan sonra sıradan çıxıb. Halbuki bu detallar 10 min sikldən sonra dəyişdirilməli idi.
Hadisədən sonra “Japan Airlines” şirkəti həlak olanların ailələrinə 780 milyon yen (o dövrün kursu ilə 7,6 milyon dollar) başsağlığı pul ödədi.
Zərərçəkənləri varislərinin məhkəməyə baş vurmasına zərurət yaranmadı. Faciədən 3 gün sonra baş direktor istefa verdi, texniki məsələlərə cavabdeh şəxslər intihar etdilər.
Vüqar Yaşaroğlu
Kürdəmirdə ağır qəza: "Audi" dörd piyadanı vurdu - FOTO
Gəncədə “07” "Hyundai"la toqquşdu – 3 nəfər xəsarət aldı – ANBAAN VİDEO
Yandan əsən külək avtomobili belə aşırdı – REAL VİDEO
Motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü - FOTO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçan SÜRÜCÜ TAPILDI - VİDEO
Lənkəranda zəncirvari qəza - Xəsarət alanlar var - FOTOLAR
Lüks avtomobil məktəbli avtobusunun altına girdi – Sürücü yüngül yaralandı - VİDEO
Beyləqanda “Prado”ya çırpılan “VAZ” tanınmaz hala düşdü - VİDEO
Sumqayıtda zəncirvari qəza - Üç avtomobil toqquşdu - VİDEO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçdılar - 90-KC-160 - FOTO
Masallıda yük maşınıyla toqquşan “VAZ” əzik-əzik oldu - VİDEO















