“Toyota” “Volkswagen”i, o da “Skoda”nı vurdu – 8 yaralı var – ANBAAN VİDEO

Qayda pozan sürücü ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Rostov vilayətində baş verən hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb. Vilayətin Bataysk şəhərində ikinci dərəcəli yolda hərəkətdə olan 34 yaşlı sürücü idarə etdiyi “Toyota” markalı avtomobillə yol kəsişməsinə daxil olub və bu zaman baş yolda hərəkətdə olan 21 yaşlı sürücünün idarə etdiyi “Volkswagen”lə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “Volkswagen” əks istiqamətdə hərəkətdə olan 45 yaşlı sürücünün idarə etdiyi “Skoda”ya çırpılıb.
Qəza nəticəsində dördü uşaq olmaqla, ümumilikdə 8 nəfər xəsarət alıb. Digər sürücülərin çağırışı ilə hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları gəlib. Yaralılar ilkin tibbi yardımın ardından xəstəxanaya aparılıblar.
Sözügedən qəzanın anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü












