Traktor qəzası nə üçün daha təhlükəlidir?

Bu günlərdə Tərtərdə baş verən traktor qəzası ilə bağlı xəbərləri MDB ölkələrinin rusdilli mediası da yaydı. Əslində burada təəccüblü heç nə yoxdur. Traktorun iştirakı ilə yol qəzaları az hallarda baş verdiyi üçün oxucuda maraq doğurur.
Avtosfer. az xəbər verir ki, traktorun iştirakı ilə yol qəzaları təkcə kənd yerlərində baş vermir. İri şəhərlərdə də bu vəziyyətlə rastlaşmaq olar. Bu qəzaların spesifikası əksər hallarda ölümün baş verməsidir. Məsələn, təxminən 10 il əvvəl Ağdaşda gecə saatlarında yol kənarında dayanmış traktor qoşqusuna yüksək sürətlə çırpılan “Mercedes” qoşqu ilə birgə traktoru da aşırmışdı. Qəzada sağ çıxan olmadı. “Mercedes” avtomobillərinin təhlükəsizliyi heç kimdə şübhə doğurmasa da, bəzi məqamları nəzərə almaq lazımdır. Qoşquyla toqquşan anda avtomobil bir növ onun altına girir. Təhlükəsizlik sistemləri isə burada salondakıları qorumağa acizdir.
İşin ən pis tərəfi isə kotanla hərəkət edən traktorla toqquşmaqdır, xüsusən də K-701 markalı texnika ilə. Arxadan çırpılma zamanı uzun kotanlar avtomobilin salonuna öndən girib arxadan çıxır. Bu zaman heç bir kəmər və ya yastıq köməyə çatmır. Traktorla baş verən qəza mexanizator (traktoru idarə edən şəxs “mexanizator” adlanır. Azərbaycan dilində “traktor sürücüsü” ifadəsi səhvdir. Dil normalarına görə “traktorçu” və ya “mexanizator” deyilməlidir) üçün də təhlükəlidir. Traktor aşmağa meyilli olduğundan qəza zamanı traktorçu ciddi travma ala bilər. Müasir traktorlarda kabinə möhkəm olduğu üçün çevrilmə zamanı traktorçu az xəsarət alır. Sovet modeli traktorlarda isə vəziyyət elə minik avtomobillərindəki kimidir.
Bütün hallarda minik avtomobilinin kənd təsərrüfatı texnikası ilə toqquşması avtomobillə toqquşmadan daha böyük risk doğurur. Buna görə də avtomobil istehsalçılarını təqsirləndirmək olmaz. Traktorçular ümumi istifadədə olan yola çıxarkən xüsusilə ehtiyatlı olmalıdır. Təəssüf ki, Azərbaycan yollarında hərəkət edən traktorların çoxunun normal işıq cihazları yoxdur.
Vüqar
Əks yola çıxan qadın sürücü qəza törədib şoka düşdü – 77-NB-851 - ANBAAN VİDEO
Babək prospektində yol qəzası olub
Gəncədə “Hyundai” və “Dacia” toqquşdu, iki nəfər yaralandı - VİDEO
Piyada keçidində sürəti azaltmayan sürücülər zəncirvari qəzaya səbəb oldu – ANBAAN VİDEO
Sağ-sol edib kobud qayda pozan sürücü yolayrıcında qəzaya düşdü - VİDEO
Firma maşını ilə “hoqqa verən” sürücü qayda pozub qəzaya düşdü – Svetoforu əzdi - VİDEO
Kənar Dairəvi yolda zəncirvari QƏZA: Səkkiz avtomobil TOQQUŞDU - VİDEO
Lökbatanda 140 nömrəli marşrutun avtobusu "Prius"la toqquşdu - VİDEO
Bakıda 19 yaşlı motosiklet sürücüsünün öldüyü qəzanın yeni VİDEOsu
Şəkidə qəza: “VAZ” və “BYD” toqquşdu - VİDEO
Ard-arda qayda pozan sürücü sonda qəza törətdi - ANBAAN VİDEO











