Traktorun yolda qayda pozması ağır qəzaya səbəb oldu - VİDEO

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəssüf ki, hələ də kənd təsərrüfatı texnikalarının, o cümlədən traktorların ümumi istifadədə olan avtomobil yollarında yol hərəkəti qaydalarına riayət etmədən hərəkətinə rast gəlinir.
Bu kimi hallar yollarda qəza ehtimalını artıran əsas səbəblərdəndir.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, ən çox rast gəlinən qayda pozuntularına bu texnikaların saz vəziyyətdə olmadan yollara çıxarılması, işıqlandırma və xəbərdaredici siqnalların işlək vəziyyətdə olmaması, daşınan yüklərin düzgün bərkidilməməsi, eləcə də sürücülərin manevrləri diqqətsiz və məsuliyyətsiz şəkildə yerinə yetirməsi daxildir. Təcrübə göstərir ki, bu səbəbdən baş verən qəzaların nəticələri daha ağır olur. Çünki iri həcmli kənd təsərrüfatı texnikaları adi minik avtomobilləri ilə müqayisədə dəfələrlə böyük çəki və ölçüyə malikdir.
Qanunvericiliyə əsasən, kənd təsərrüfatı texnikaları yalnız saz vəziyyətdə və lazımi təhlükəsizlik tələblərinə cavab verdiyi halda yollarda hərəkət edə bilər. Əks halda, bu qaydaları pozan sürücülər barəsində inzibati məsuliyyət tədbirləri tətbiq ediləcək.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, qaydalara əməl etmək həm özünüzün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunması baxımından zəruridir.
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












