67 yaşlı şəxsin pensiyası altı ildir niyə kəsilib? - Rəsmi cavab

Bakı şəhər sakini, uzun müddət neft sektorunda çalışmış Məhəmməd Xudu oğlu Şirinov 6 ildir ona təyin edilmiş pensiyanı ala bilmədiyini deyir.
Avtosfer.az xəbər verir ki, qafqazinfo-ya müraciət edən 1959-cu il təvəllüdlü M.Şirinov bildirib ki, pensiya təminatı ilə bağlı Bakı İnzibati Məhkəməsinin 16 iyun 2017-ci il tarixli qərarı həmin vaxt qüvvəyə minərək icraya yönəldilib.
Həmin qərar 2020-ci ilədək icra edilib: “Lakin 2020-ci ildən bu günədək 1 saylı Bakı İnzibati Məhkəməsinin qərarı icra olunmur. Nərimanov İcra Şöbəsinə dəfələrlə müraciətlər etsəm də, icra sənədinin icra edilməməsi ilə bağlı tədbir görülmür. Hətta məhkəməyə qərarın icra olunmamasına dair müraciət də etdik. Bakı İnzibati Məhkəməsi 21 oktyabr 2025-ci ildə qərardad çıxararaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını qərarı icra etmədiyinə görə 200 manat cərimələdi”.
Məhəmməd Şirinov əlavə edib ki, dövlət qurumunun sonradan məhkəməyə etdiyi müraciətinə hüquqi qiymət verilib: “Hələ 2023-cü ildə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair verilən ərizə üç instansiya məhkəməsində araşdırılmasına baxmayaraq, əsassız olduğu üçün rədd edildi.
Artıq 6 ildən çoxdur ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəmə qərarını icra etməkdən imtina edir. Ədliyyə Nazirliyinin İcra Xidmətinin Nərimanov rayon Şöbəsi isə borclu - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və onun səlahiyyətli şəxsləri barəsində icra tədbiri tətbiq etmir. Hətta qərarı icra etmədiklərinə görə onlar cərimələnsələr belə, qərarı icra etməkdən boyun qaçırırlar”.
İddialarla əlaqədar DSMF-yə sorğu ünvanladıq. Müraciətimizə cavab olaraq bildirildi ki, Məhəmməd Xudu oğlu Şirinovun pensiya işi araşdırılarkən ona saxta sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunduğu aşkar edilib: “Bu səbəbdən pensiya ödənişi 1 avqust 2020-ci ildən dayandırılıb. Məhəmməd Şirinova 65 yaşının tamam olduğu 19 mart 2024-cü il tarixindən isə hüququ yarandığı üçün yaşa görə pensiya təyin edilib və əvvəllər ona artıq ödənilmiş vəsait də hər ay 28 manat olmaqla pensiyasından tutulur. Qanuni əsasla ona təyin edilmiş pensiyası hazırda 349,76 manatdır. Ona əsassız təyin edilmiş pensiya işinə hüquqi qiymətin verilməsi üçün materiallar hüquq-mühafizə orqanına göndərilib. Həmçinin Məhəmməd Şirinovun pensiya məsələsi ilə əlaqədar yeni açılmış hallara dair icraatın təzələnməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət edilib”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












