Banner

Bank sektorunda rekord artım: Kredit götürmək asanlaşacaqmı? – ŞƏRH

Sosial 24 Noyabr 2026 15:30
Bank sektorunda rekord artım: Kredit götürmək asanlaşacaqmı? – ŞƏRH
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda bank sektorunun aktivlərinin 65 milyard manatı ötməsi maliyyə bazarında müşahidə olunan artımı və bankların maliyyə imkanlarının genişləndiyini göstərir. Lakin bu artım kreditlərin əhali və sahibkarlar üçün daha əlçatan olması demək deyil.
Avtosfer.az xəbər verir ki, lakin bu artım kreditlərin əhali və sahibkarlar üçün daha əlçatan olması demək deyil. 
Bəs mövcud artım əhalinin və kiçik sahibkarların kredit əldə etmək imkanlarını genişləndirəcəkmi?
Mövzu ilə bağlı iqtisadçi Xalid Kərimli Avtosfer.az- açıqlamasında bildirib ki, bank aktivlərinin artması bank sektorunun və ümumilikdə maliyyə sektorunun böyüdüyünü göstərir:
''Aktivlərin çoxalması kreditləşmə üçün də əlavə imkanlar yaradır. Bu, həm vətəndaşların, həm də real sektorun, ticarət və xidmət sahələrinin maliyyələşdirilməsinə şərait yarada, sahibkarlığın inkişafına müsbət təsir göstərə bilər. Lakin aktivlərin artması avtomatik olaraq kreditləşmənin də artacağı demək deyil. Çünki bank aktivlərinin tərkibinə kreditlərlə yanaşı, qiymətli kağızlar, nağd vəsaitlər və digər maliyyə aktivləri də daxildir. Yəni aktivlərin artımı digər istiqamətlər hesabına da baş verə bilər. Bununla belə, statistik göstəricilər də bank aktivlərinin artımında kreditləşmənin əsas amillərdən biri olduğunu göstərir. Bank aktivlərinin artmasının kredit faizlərinin aşağı düşməsinə təsirinə gəlincə, nəzəri baxımdan bu, mümkündür. Çünki bankların maliyyə imkanları genişləndikcə kredit vermək potensialı da artır. Lakin faizlərin aşağı düşməsi yalnız bu amildən asılı deyil. Burada depozit faizləri də mühüm rol oynayır. Bank aktivləri artsa da, depozit faizlərinin yüksəlməsi kreditlərin ucuzlaşmasına mane ola bilər. Son dövrlərdə isə depozit faizlərinin azalması müşahidə olunur ki, bu da kredit faizlərinə müsbət təsir göstərə biləcək amillərdəndir. Bundan başqa, kredit riskləri, borcalanın maliyyə vəziyyəti, problemli kreditlərin səviyyəsi, banklar arasında rəqabət, dövlətin pul-kredit siyasəti və inflyasiya da faizlərə təsir edir. Kiçik sahibkarların kredit əldə etməsində isə bir sıra çətinliklər mövcuddur. Onların əsas problemlərindən biri bank qarşısında girov təminatı təqdim edə bilməmələridir. Digər mühüm məsələ şəffaf maliyyə hesabatlarının olmamasıdır. Banklar kredit qərarı verərkən müəssisənin maliyyə vəziyyətini qiymətləndirmək üçün audit olunmuş hesabatlara ehtiyac duyurlar. Lakin kiçik biznes subyektlərində bu cür hesabatlar hər zaman mövcud olmur. Eyni zamanda, kiçik sahibkarların uzunmüddətli kredit tarixçəsinin olmaması da maliyyələşmə imkanlarını məhdudlaşdırır. Bu amillər onların kreditlərə çıxışında əsas maneələrdən hesab olunur''.

Fatimə

Oxunub : 84
ŞƏRH YAZ
Ad

E-mail

Şərh