Ailədaxili gərginlik necə zorakılığa çevrilir? - Psixoloq AÇIQLADI

Ailə cəmiyyətin ən əsas sosial institutlarından biridir və fərdlərin psixoloji formalaşmasında mühüm rol oynayır. Sağlam ailə münasibətləri qarşılıqlı hörmətə, anlayışa və açıq ünsiyyətə əsaslanır. Lakin bu balans pozulduqda ailə daxilində gərginlik və konfliktlər yaranmağa başlayır. Bu gərginlik zamanla aqressiv davranışlara çevrilə bilər. Xüsusilə nəsillər arasında düşüncə və dəyərlər baxımından fərqlər olduqda, qarşılıqlı anlaşma daha çətin olur. Ənənəvi yanaşmalarla daha müasir baxışların toqquşması gündəlik məsələlərdə belə fikir ayrılığı yarada bilir. Bu fərqlər düzgün idarə olunmadıqda isə kiçik mübahisələr daha ciddi qarşıdurmalara səbəb ola bilər.
Məsələn, ötən gün Biləsuvarda baş verən ailədaxili mübahisə zamanı ana ilə qızı arasında yaranan gərginlik fiziki zorakılığa qədər yüksəlib. İlkin məlumata görə, hadisəyə səbəb məişət zəminində yaranan fikir ayrılığı olub. Belə faktlar bir daha göstərir ki, ailədaxili fikir ayrılığı zaman zorakılıq yarada bilir.
Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova Avtosfer.az-a açıqlamasında bildirib ki, yığılan emosiyalar müəyyən bir anda, bəzən çox kiçik səbəblər üzərindən, kəskin və arzuolunmaz formalarda üzə çıxır:

“Çox təəssüf ki, bu gün Biləsuvarda ana ilə övlad arasında baş verən bir insidenti eşidirik. Belə halları dəyərləndirərkən ilk növbədə ailəni yaxından tanımaq vacibdir. Əksər ailədə ana ilə qız arasında uzun müddətdir müəyyən bir soyuqluq mövcud olub. Bu kimi hallar müxtəlif səbəblərdən qaynaqlana bilər. Bəzən anaların bir neçə övladı olduqda qız övladlarına qarşı müəyyən aqressiya və ya fərqli münasibət müşahidə olunur. Əlbəttə, bunu bütün ailələrə aid etmək doğru deyil. Amma təəssüf ki, bir çox ailələrdə valideynlərin övladlar arasında fərq qoyduğunu görmək mümkündür. Hətta elə hallar olur ki, ana evinə gələn övladlar arasında belə seçim edir, müəyyən şeyləri gizlədərək “bunu filan övladıma saxlayıram” kimi yanaşma sərgiləyir. Bu gün ailələrdə baş verən bu cür hadisələr həqiqətən də faciəvi xarakter daşıyır. Əgər məsələnin kökünə nəzər salsaq, çox vaxt görərik ki, valideynin öz keçmiş ailə münasibətləri də burada rol oynayır. Yəni, ananın öz bacı-qardaşları ilə münasibətləri kifayət qədər sağlam olmayıbsa, bu, onun öz övladlarını böyütmə tərzinə də təsir göstərə bilir. Nəticədə, ana ilə övlad arasında istənilən mövzuda, hətta ən sadə məişət məsələsi, məsələn, yemək üstündə belə ciddi mübahisələr yarana bilir. Diqqət yetirsək, bu hadisədə də səbəb olduqca sadə görünən bir məsələdir. Lakin bu sadə məsələ arxasında daha dərin emosional və psixoloji gərginliyin olduğunu göstərir. Bəzən valideynlər öz övladları arasında açıq və ya gizli şəkildə seçim etdiklərini də etiraf edirlər. Hətta olur ki, bir övladın uğuru digərinə qarşı daxili narahatlıq və ya müqayisə hissi yaradır. Psixoloji baxımdan bu cür yanaşmalar ailədaxili münasibətlərdə balansı pozur. Valideynin bir övlada daha çox yönəlməsi, digərinə qarşı isə soyuqluq göstərməsi uzunmüddətli gərginlik yaradır”.
Nurcan Babək
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












