"Avtobus kəndin içinə girə bilmir" - Sakinlərin yol dərdi - VİDEO

Abşeron rayonunun Məmmədli kəndinin sakinləri yollarının bərbad durumda olmasından şikayətçidirlər. Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb. Qeyd olunub ki, yağışlardan sonra kəndin mərkəzindən keçən yol tamamilə yararsız hala düşüb. "Kanalizasiya suları da axıb bu yola tökülüb. Vəziyyət o yerə çatıb ki, marşrut avtobusları kəndin içindən keçmirlər. Bu isə sakinlərin vəziyyətini çətinləşdirir", - deyə şikayətdə bildirilir.
Oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, sözügedən yolun təmir-bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur:
"Digah-Məmmədli avtomobil yolunda nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi, habelə yolun asfalt-beton örtüyünün əsaslı təmirinin həyata keçirilməsi məqsədilə ilk növbədə ətraf yaşayış ərazilərində toplanan yağış və qrunt sularının avtomobil yolundan kənarlaşdırılması üçün zəruri tədbirlərin görülməsi vacibdir. Mövcud vəziyyət göstərir ki, sözügedən ərazidə yağış və yeraltı suların effektiv idarə olunmaması yolun müəyyən hissələrində deformasiyalara səbəb olub, eyni zamanda təmir-bərpa işlərinin dayanıqlı və keyfiyyətli şəkildə aparılmasını çətinləşdirib. Bu baxımdan, asfalt örtüyünün təmirinə başlamazdan əvvəl səth və qrunt sularının kənarlaşdırılması məqsədilə drenaj sisteminin və suötürücü xətlərin inşası zəruri şərt kimi qiymətləndirilir. Qeyd olunan məsələnin həlli və müvafiq mühəndis-kommunikasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə Agentlik tərəfindən aidiyyəti qurumlara müraciət edilib. Bu tədbirlər başa çatdıqdan sonra yolun təmir-bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












