Avtobus və metronun yükü belə azaldılacaq - Sərnişinlərə şad xəbər

Metronun bir neçə saatlıq dayanması Bakının nəqliyyat sistemindəki zəif nöqtələri açıq şəkildə üzə çıxardı. Şəhərdə alternativ nəqliyyatın kifayət qədər inkişaf etməməsi səbəbindən küçələrdə ciddi sıxlıq yarandı, ictimai nəqliyyat və taksi xidmətləri bu yükü qarşılamaqda çətinlik çəkdi.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.
O deyib ki, ictimai nəqliyyatın şaxələndirilməsinə ciddi ehtiyac var:
“Bu gün artıq aydındır ki, ictimai nəqliyyat sistemi əsasən avtobus və metrodan ibarətdir, taksi isə burada daha çox köməkçi vasitə rolunu oynayır. Dövlət proqramında da bu məsələ nəzərə alınıb və Bakıda tramvay xətlərinin yaradılması planlaşdırılıb. Hazırda layihələndirmə prosesi davam edir. Artıq tramvay xətlərinin ilkin çəkiləcəyi ərazilər də müəyyən edilib. Hazırda isə sistemin texniki tərəfləri ilə bağlı müzakirələr aparılır. Gözlənilir ki, yaxın dövrdə, ehtimal ki, gələn ildən etibarən bu layihənin ilkin real nəticələri görünməyə başlayacaq”.
O bildirib ki, tramvay xətlərinin qısa müddətdə tam şəkildə istifadəyə verilməsi mümkün deyil:
“Çünki bu, uzun zaman tələb edən bir prosesdir. Buna baxmayaraq, tramvayların istifadəyə verilməsi ictimai nəqliyyatın daha da şaxələnməsinə, həmçinin metro və avtobusların üzərindəki yükün azalmasına mühüm töhfə verəcək. Metroda baş verən son hadisəyə gəlincə, əvvəlki dövrlərlə müqayisədə metropoliten bu cür fors-major vəziyyətlərə daha hazırlıqlıdır. Son hadisə zamanı tuneldə qalan qatar sərnişinlərinin operativ və çevik şəkildə təxliyə olunması bunun bariz nümunəsi oldu və ümumilikdə müsbət göstərici kimi qiymətləndirilə bilər”.
Xatırladaq ki, ötən gün Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Buna səbəb isə dünən saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlığın yaranması olub.
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












