Avtobus yük maşınına çırpıldı: Zərəri hansı sığorta ödəyəcək?

Bu gün 107 saylı xətt üzrə hərəkət edən avtobus eyni istiqamətdə hərəkətdə olan yük maşınına çırpılıb.
Bəs bu qəza nəticəsində dəymiş zərər sığorta hesabına ödənilə bilərmi?
Avtosfer.az-ın məlumatına görə, "Redaktor.az"a danışan sığorta eksperti Vüsal Bədəlov qeyd etdi ki, belə hallarda, əgər sərnişindaşıyan avtobus qəzada təqsirkardırsa və arxadan yükdaşıyan avtomobilə çırpılıbsa, avtobusun özünə dəymiş zərər yalnız nəqliyyat vasitəsinin KASKO sığortası hesabına ödənilə bilər:

"Avtobusun yük maşınına vurduğu zərərə görə isə nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) təminat verir. Bu halda avtobusun özünə dəymiş zərərin ödənilməsi üçün onun KASKO sığortası olmalıdır".
Sığorta eksperti Nicat Əlibəyli isə bildirdi ki, baş verən qəza nəticəsində 107 saylı xətt üzrə hərəkət edən iritutumlu avtobusa dəymiş zərərin sığorta hesabına ödənilməsi hadisədə kimin təqsirkar olmasından və mövcud sığorta növündən asılıdır:
"Zərərlərin Birbaşa Tənzimlənməsi (ZBT) qaydasına əsasən, qəza zamanı zərərçəkən tərəf günahkarın sığorta şirkətini gözləmədən özünün avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını (AVSMMİS) həyata keçirən sığorta şirkətinə müraciət edir. Əmlakına dəymiş zərər 5000 manata qədər sığorta şirkəti tərəfindən ödənilir".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












