Aylıq maaşa işləyən və pensiya alan şəxslərin NƏZƏRİNƏ

Maliyyə idarəçiliyi həyat keyfiyyətinizi yaxşılaşdırmaq və maddi stabillik əldə etmək üçün vacibdir.
Avtosfer.az Ajans.az-a istinadən xəbər verir ki, pulu düzgün idarə etmək üçün aşağıdakı əsas prinsipləri tətbiq edə bilərsiniz:
1. Büdcə Qurun və Xərclərinizi İzləyin:Hər ay gəlir və xərclərinizi qeyd edin. Zəruri (qida, kirayə, kommunal) və lüks (əyləncə, geyim, restoran) xərclərinizi ayırın.
2. Gəlirinizdən Daha Az Xərcləyin:Lazımsız xərclərdən çəkinin. Endirim və kampaniyalardan ağıllı istifadə edin. Kredit kartı borclarınızı vaxtında ödəyin ki, faiz ödəməyəsiniz.
3. Yığım və Ehtiyat Fond Yaradın: Hər ay gəlirinizin ən azı 10-20%-ni yığıma ayırın. "3-6 aylıq ehtiyat fondu" yaradın ki, gözlənilməz xərclər zamanı maddi çətinlik çəkməyəsiniz.
4. Borcları İdarə Edin və Kreditlərə Nəzarət Edin: Borc almadan əvvəl real ehtiyac olub-olmadığını düşünün. Yüksək faizli kreditlərdən qaçının. Mövcud borclarınızı tez bir zamanda ödəməyə çalışın.
5. Maliyyə Hədəfləri Təyin Edin: Qısa müddətli (1 il - səyahət, yeni telefon almaq), Orta müddətli (3-5 il - maşın almaq, biznes qurmaq),
Uzun müddətli (10+ il - ev almaq, təqaüd fondu yaratmaq)
6. Pulunuzu Düzgün Dəyərləndirin
Pulu yalnız maddi dəyərlər üçün deyil, həyat keyfiyyətinizi artırmaq üçün istifadə edin.
Xeyriyyə işlərinə və ya öz inkişafınıza yatırım edin.
Pulu düzgün idarə etmək sizi yalnız maliyyə cəhətdən rahat etməyəcək, həm də stressdən azad olmağa kömək edəcək. Ağıllı xərcləmə, qənaət və investisiya etməklə daha sabit və təhlükəsiz gələcək qura bilərsiniz.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












