Azərbaycan hər ay 27 xarici vətəndaşa PUL ÖDƏYİR

Azərbaycanın fəxri adlarına layiq görülən və buna görə aylıq təqaüd alan xarici ölkə vətəndaşlarının sayı açıqlanıb. Avtosfer.az-ın “Yeni Sabah”a istinadən məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mətbuat xidmətindən bildirlib ki, hazırda belə şəxslərin sayı 27 nəfər təşkil edir. Məlumata əsasən, təqaüd vəsaiti həmin şəxslərin Azərbaycanda açılmış bank hesabına və ya onların özlərinin xaricdə açdırdıqları bank hesablarına köçürülür. DSMF bu kateqoriyadan olan təqaüdçülərin adlarını dəqiqləşdirməyib. Belə ki, qurumun nümayəndəsi Rəşad Mehdili bu məzmunda informasiyanın fərdi məlumatlar sayıldığını, qanunvericiliyə əsasən, fərdi məlumatların açıqlanmadığını deyib. Xatırladaq ki, hazırda “Xalq” fəxri adına görə aylıq təqaüdün məbləği 300 manat, “Əməkdar” fəxri adına görə isə 200 manatdır.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












