Azərbaycana milyardlarla dollar axacaq - Ekspert

Xüsusilə diqqətçəkən məqam investisiya gündəliyinin artıq əsasən neft-qaz sektoru ətrafında formalaşmamasıdır. Forumda Orta Dəhliz, sənaye və azad iqtisadi zonalar, süni intellekt və rəqəmsal transformasiya, yaşıl enerji, kapital bazarları, aqrobiznes və kritik xammal kimi istiqamətlərin müzakirə edilməsi Azərbaycanın xarici kapitalı qeyri-neft sektoruna yönəltmək strategiyasını göstərir.
Avtosfer.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Əyyub Kərimli Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu haqda deyib.
“Forum çərçivəsində ümumi dəyəri 10,8 milyard ABŞ dolları həcmində investisiya layihələri imzalandı. İmzalanmış sənədlər süni intellekt, enerji, o cümlədən bərpa olunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, su təsərrüfatı və digər istiqamətləri əhatə edir. Göründüyü kimi, əsas məsələ forumların yalnız müzakirə platforması olaraq qalmaması, imzalanan sənədlərin real investisiyaya, yeni istehsal müəssisələrinə, ixrac imkanlarına və iş yerlərinə çevrilməsidir.
Hesab edirəm ki, Azərbaycanın hazırkı mərhələdə əsas üstünlüklərindən biri coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirmək imkanının artmasıdır. Qlobal təchizat zəncirlərinin yenidən qurulduğu şəraitdə Azərbaycan Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişməsində yalnız tranzit ölkə kimi deyil, logistika, istehsal, enerji və investisiya mərkəzi kimi mövqeyini gücləndirə bilər.
Növbəti mərhələdə əsas hədəf ölkəyə daxil olan birbaşa xarici investisiyaların həcmini artırmaqla yanaşı, onların strukturunu dəyişmək olmalıdır. Daha çox kapital qeyri-neft sənayesinə, emala, yüksək texnologiyalara, logistika və yaşıl enerjiyə yönələrsə, bunun iqtisadiyyat üçün multiplikativ təsiri daha böyük olacaq.
Yəni Bakı forumunun iqtisadi əhəmiyyətini bir cümlə ilə ifadə etsək, Azərbaycan artıq investora yalnız enerji resursları deyil, Avropa ilə Asiya arasında yeni iqtisadi bağlantı, istehsal və logistika platforması təklif etməyə çalışır”, - deyə ekspert vurğulayıb.
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO












