Azərbaycanda 47 kişi zorakılığa məruz qalıb - RƏSMİ

2026-cı ilin ilk altı ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı ümumilikdə 292 müraciət daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Modern.az-a Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Bildirilib ki, məişət zorakılığı ilə bağlı müraciət edənlərin 230-u qadın, 47-si kişi, 15-i isə uşaqdır.
T.Mərdanoğlunun sözlərinə görə, daxil olan müraciətlərin böyük əksəriyyəti fiziki və psixoloji zorakılıq halları ilə bağlıdır. Bununla yanaşı, iqtisadi zorakılıq faktları da qeydə alınıb:
"Hər bir müraciət operativ qaydada araşdırılıb, vətəndaşlara hüquqi, psixoloji və sosial dəstəyin göstərilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Müraciətlərin xarakterindən asılı olaraq aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə aparılıb, zəruri hallarda mühafizə və müdafiə mexanizmlərinin tətbiqi üçün müvafiq addımlar atılıb. Məişət zorakılığı ilə bağlı müraciətlər üzrə operativ reaksiya təmin edilməklə yanaşı, zərərçəkmiş şəxslərin təhlükəsizliyinin qorunması, hüquqlarının təmin edilməsi və onların müvafiq xidmətlərə yönləndirilməsi daim diqqətdə saxlanılıb. Eyni zamanda, hər bir müraciət üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlərin görülməsi üçün aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyət həyata keçirilib".
Qeyd edək ki, Dövlət Komitəsi məişət zorakılığı ilə mübarizənin yalnız hüquqi müdaxilə ilə məhdudlaşmadığını, eyni zamanda maarifləndirmə, erkən müdaxilə və institusional əməkdaşlığın bu istiqamətdə mühüm rol oynadığını vurğulayır. Məişət zorakılığı ilə bağlı hər bir müraciətə həssaslıqla yanaşılır və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi əsas prioritetlərdən biri olaraq qalır.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












