Azərbaycanda bu balların satışı QADAĞAN EDİLİR

Azərbaycanda bala dair sanitariya norma və qaydaları təsdiq ediləcək.
Avtosfer.az ajans.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq texniki normativ hüquqi akt layihəsi hazırlanıb və hazırda aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.
Layihəyə əsasən, bal, əsasən fruktoza və qlükoza olmaqla müxtəlif şəkərlərdən, üzvi turşulardan, fermentlərdən və çiçək tozcuqlarından ibarət olmalıdır, balda balın təbii tərkibinə xas olmayan üzvi və ya qeyri-üzvi maddələr olmamalıdır.
Balın tərkibinə qida əlavələri də daxil olmaqla baldan başqa heç bir qida inqrediyentinin əlavə edilməsinə yol verilməyəcək.
Balın rənginin şəffafdan tünd qəhvəyi rəngə qədər olması mümkündür, balın dadı və qoxusu balyığma mənbəyinə və hazırlandığı bitki növünə uyğun qoxu və dada malik olmalıdır, bişirmə balı istisna olmaqla, balda kənar dad və qoxu, qıcqırma və fermentasiya əlamətləri olmamalı, turşuluğu süni şəkildə dəyişdirilməməli, balın tərkibindəki təbii fermentlərin parçalanması və ya deaktivləşməsi ilə nəticələnən dərəcəyədək qızdırılmamalıdır.
Konsistensiyasına görə balın duru, qatı, qismən və ya tam kristallaşmış olması mümkündür. Balın kristallaşmasına təsir göstərmək (kristallaşmanın qarşısını almaq və ya kristallaşmanı stimullaşdırmaq) məqsədilə kimyəvi və ya biokimyəvi emal üsullarının tətbiqinə yol verilməyəcək.
Etiketində əldə edildiyi çiçəyin və ya bitkinin adı, habelə bölgə və ya coğrafi ad göstərilən bala filtrlənmiş balın əlavə edilməsinə, şanın tərkibində bal mumuna xas olmayan parafin, serezin, heyvanın iç piyi, oksalat turşusu kimi üzvi və ağardıcı maddələrin olmasına yol verilməyəcək.
Həmçinin, qarapətək balı və təbii şan balının süzmə bal formasında satışına yol verilməyəcək.
Qarapətək balı və təbii şan balı kimi satışa təqdim olunan ballarda şanlar parçalanmamalı və onlara süzmə bal əlavə edilməməlidir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












